Ağstafada ölümlə nəticələnən yol qəzası olub


19:28     25 Mart 2022 22_03_25_1648222129.jpg

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, yol qəzası Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 485