Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var


21:23     25 Mart 2022 22_03_25_1648225442.jpg

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 475