Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib


12:58     26 Mart 2022 22_03_26_1648279581.jpg

Almaniyadan 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu Ukraynaya gətrilib.

Femida.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Ukrayna hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bununla yanaşı Kiyevə odlu silahlar üçün 8 milyon patron ötürülüb. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir.

Söhbət 350 min ərzaq bağlaması, 50 tibbi maşın və tibbi ləvazimatdan gedir. Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

Açar sözlər:

Oxunub: 542