Xaçmazda avtomobil ata və oğulu vurub


10:12     28 Mart 2022 22_03_28_1648413921.jpg

Xaçmazda ata və oğulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Ağarəhimoba kənd sakinləri, 1970-ci il təvəllüdlü İdris Kərəm oğlu Abdullayevi və oğlu 1993-cü il təvəllüdlü Firuz İdris oğlu Abdullayevi Gandob-Yalama yolunda avtomobil vurub.

Yaralıların vəziyyətləri orta-ağır olduğuna görə, onlar hadisə yerinə gələn Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İ.Abdullayevə qapalı kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək sümüyünün açıq sınığı, F.Abdullayevə isə sağ ayağın topuq nahiyəsinin əziyi diaqnozları qoyulub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 351