Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb


09:47     31 Mart 2022 22_03_31_1648672602.jpg

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir ailənin 3 üzvü - Dağ Kəsəmən sakinləri - Z.Həsənov və həyat yoldaşı, həmçinin 13 yaşlı övladı Ə.Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 396