Şəmkirdə ağır yol qəzası törədən sürücü hakim qarşısına çıxarılır


11:11     31 Mart 2022 22_03_31_1648705894.jpg

Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Yusuf Axundovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Y.Muxtarovun idarə etdiyi minik avtomobili aşıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Xəyal İsmayılov ölüb, daha 2 nəfər xəsarət alıb.

Y.Muxtarov faktla bağlı saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 300