Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcək


11:14     03 Aprel 2022 22_04_03_1648967714.jpg

Böyük Britaniya hakimiyyəti Rusiya silahlı qüvvələrinin Oddesaya hücumu halında şəhəri qorumaq üçün Ukraynaya silah, o cümlədən gəmi əleyhinə raketlər göndərmək niyyətindədir.

Femida.az xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən Times qəzeti yazır.

"Ukraynalılar Qara dəniz bölgəsi üçün öldürücü silahlarla bağlı kömək istəyiblər. Bizdə onlara lazım olanların siyahısı var. Biz bunu mümkün qədər təmin etməyə çalışırıq", - yüksək rütbəli hökumət rəsmisi nəşrə bildirib.

Hökumət rəsimisinin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Boris Conson Almaniya və Fransadakı həmkarlarından fərqli olaraq deyib ki, “Volodimir Zelenski istədiyi hər şeyi, əgər varsa, Britaniyadan alacaq”.

Qəzetin yazdığına görə, söhbət Britaniya Kral Donanmasının istifadə etdiyi “Harpoon” gəmi əleyhinə raketlərdən, Ukrayna sahillərində yerləşən gəmiləri hədəfə ala bilən sensorlu raketlərdən, eləcə də daxil olan artilleriya mərmilərini məhv edəcək vasitələrindən gedir.

Açar sözlər:

Oxunub: 381