Zahid Oruc: “Dini təhsil pulsuz olmalıdır”


19:20     29 May 2015 1383986457zahid-oruc.jpg


`Xaricdə dini təhsil qadağan edilməlidir`.

Bunu deputat Zahid Oruc Milli Məclisin bugün keçirilən yaz sessiyasının sonuncu plenar iclasında çıxışı zamanı deyib. O, qeyd edib ki, Azərbaycanda dini təhsil pulsuz olmalıdır. Fikrini isə belə əsaslandırıb: “Xaricdə dini təhsil alanlar, Suriya, Türkiyədə, İranda və s. ölkələrdən həm də xüsusi modelləri, həmin ölkələrin din siyasətini gətirirlər”.

Millət vəkili həmçinin Azərbaycan Beynəlxalq Bankı ətrafında yayılan xəbərlərlərə də toxunub: “Bu bankın səhmlərini 51%- i dövlətə məxsusdur və bu bankın sərəncamında 8 mlrd. manat vəsait var. Ona görə də təklif edirəm ki, Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ölkənin hesabatına daxil olunsun".

Z.Oruc son zamanlar müxtəlif insanların mülklərinin müsadirəsi məsləsinə toxunaraq bildirib ki, mülkiyyət toxunulmazlığı iqtisadi inkişaf üçün olduqca önəmli məqamlardandır.

Deputat Binəqədidə yaşayış binasında baş verən yanğına da toxunub: “Müxalifət əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazırdır. O binalar tək xarici görkəm üçün üzlənməmişdi. Bu, həm də binalara qoyulan investisiya idi, vətəndaşların mənzillərinin dəyəri də artırdı. Bu, artıq başqa məsələdir ki, o üzlüklər necə vurulub”.

Açar sözlər:

Oxunub: 711