Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


18:14     03 Aprel 2022 22_04_03_1648993594.jpg

Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Femida.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, - o, tviterdə yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər.

Açar sözlər:

Oxunub: 429