DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
14:14 04 Aprel 2022
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər.
“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.
Eyni zamanda moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar.
Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - o vurğulayıb.
Oxunub: 589
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə müraciət edib