Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib


09:10     06 Aprel 2022 1335167634_avropa-insan-huquqlari-mehkemesi.jpg

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib.

Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

Ç. Əsgərov qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib: “Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir”.




Açar sözlər:

Oxunub: 446