Ukraynadakı müharibəyə görə 42 ölkə Haaqa məhkəməsinə müraciət edib


09:42     11 Aprel 2022 22_04_11_1649655754.jpg

Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin təhqiqatına 40-dan çox ölkə qoşulub.

Femida.az “UNIAN”a istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Denis Malyuska bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerindən ekspertlər Buçadakı sübutların toplanması üzərində işləyirlər, lakin belə cinayətlərin sayı o qədər çoxdur ki, kifayət qədər resurslar yoxdur:

“Artıq 42 ölkə Haaqadakı beynəlxalq məhkəməyə müraciət edib, hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb, bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirib və sürətləndirib”.

Nazir qeyd edib ki, cinayət əmri verənlərin günahını sübut etmək ən çətindir.

Açar sözlər:

Oxunub: 395


Oxşar xəbərlər