Baş prokuror Füzulidə vətəndaşlarla görüşəcək


12:04     12 Aprel 2022 22_04_12_1649747107.jpg

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-i saat 10:00-da Füzuli Rayon Prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən baş tutacaq.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 371