Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb


14:42     14 Aprel 2022 22_04_14_1649932974.jpg

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Röyal Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədov 15 sutka inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Açar sözlər:

Oxunub: 467