Ukraynadan gözlənilməz həmlə: Döyüş helikopterləri hücuma keçdi


20:46     14 Aprel 2022 22_04_14_1649954817.jpg

Ukraynaya məxsus iki döyüş helikopteri Rusiya Federasiyasının hava məkanına daxil olaraq Bryansk vilayətində yaşayış evlərinə azı altı zərbə endirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi Bryansk vilayətində yaşayış məntəqəsinin atəşə tutulması faktı ilə bağlı cinayət işi açıldığını bəyan edib.

“Onlar aşağı hündürlükdə hərəkət edərək, bilərəkdən Bryansk vilayətinin Klimovo qəsəbəsində yaşayış evlərinə azı 6 hava zərbəsi endiriblər”, - İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, mərmilərin birbaşa düşməsi və partlaması nəticəsində qəsəbənin Zareçnaya və Lenin küçələri boyunca ən azı altı yaşayış evinə ziyan dəyib, yeddi nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan biri azyaşlıdır.




Açar sözlər:

Oxunub: 639