Zelenski Rusiyanın Ukraynadakı əsas hədəfini açıqlayıb


10:15     15 Aprel 2022 22_04_15_1649996165.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın əsas hədəfini açıqlayıb.

Femida.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

Ukrayna lideri vurğulayıb ki, Rusiya ilk növbədə Donbası məhv etmək istəyir.

"Rusiya Federasiyasının tammiqyaslı hücumunun 50 günü ərzində onlar göstərdilər ki, onlar üçün əsas hədəf Donbasdır. Rusiya ilk növbədə Donbası məhv etmək istəyir. Luqansk və Donetskdə Rusiya qoşunları dağıtdıqları bölgələrdə sanki onlardan ancaq daş qalmasını istəyirlər. Və beləliklə, heç insan qalmasın”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Rusiya bu ərazilərin sakinlərini zorla öz ordusuna cəlb edir.

"Onları ən dəhşətli döyüşlərə, sözün əsl mənasında müdafiəmizin qarşısına çıxarırlar. Donbasın şəhər və kəndlərini dağıdıblar. Onlar səkkiz illik müharibədən sağ çıxan hər şeyi yandırırlar", - Prezident vurğulayıb.

Açar sözlər:

Oxunub: 605