Ukraynanın 2146 xüsusi təyinatlı hərbi maşını məhv edilib


13:38     16 Aprel 2022 2022/04/ukrayna-fotos_1650102017.jpg

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri 133 təyyarə və 458 pilotsuz uçuş aparatı məhv edib.

Femida.az-IN məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bugün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.



Açar sözlər:

Oxunub: 535