Xaçmazda həmyerlisini bıçaqlayan şəxs həbs olunub


16:57     16 Aprel 2022 22_04_16_1650113866.jpg

Xaçmazda xuliqanlıq edən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-"a verilən məlumata görə, rayon sakini Sahil Əzizov aralarında yaranan mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib.

S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər ifadə edib.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 425