“Azercell”dən oğurluq edən şəxs tutulub


18:31     16 Yanvar 2016 e9c2571cb8820b78e509a7145d1aed008.jpg

“Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib.

Açar sözlər:

Oxunub: 1052