Maqsud Mahmudovun şəriki: "Mənə hədə-qorxu gəldi, 300 min manat ziyana düşdüm"


16:35     18 Aprel 2022 22_04_18_1650285417.jpg

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində təqsirləndirilən şəxsin şəriki olmuş Mədinə İsrafilova dindirilib.

Femida.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, 2011-ci ildə Yasamal rayonu ərazisində yerləşən lombardda işləyib:

"Lombardda adi işçi kimi çalışırdım. 2015-ci ildə Qaradağda yerləşən lombarda rəhbər təyin olundum, 500 manat əməkhaqqı alırdım. 2019-cu ildə banklarda qızıllar mənim adımda idi. Maqsud mənə dedi ki, yetim qızsan, gəl, qızılları sataq, ölkədən qaçaq. Razılaşmadım. Mənə hədə-qorxu gəldi. Maqsud Ukraynaya qaçanda zərərçəkmişlər mənim üstümə düşdü, 300 min manat ziyana düşdüm. Maqsud mənə dedi ki, necə ödəyirsən ödə, mənə maraqlı deyil. Mən hələ də bu insanın borcunu verməklə məşğulam”.

Proses davam edir.

Açar sözlər:

Oxunub: 444