Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb


19:33     20 Aprel 2022 22_04_20_1650466862.jpg

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında digər şahidlər dindirilib.

Femida.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev məhkəmə ekspertizası ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Bildirilib ki, məhkəmə istintaqı başa çatıb. Növbəti prosesdə çıxışlar mərhələsinə başlanılacaq.

Məhkəmə iclası aprelin 25-nə təyin edilib.

Açar sözlər:

Oxunub: 527