Ukraynanın müdafiə naziri dünya ölkələrindən ağır silahlar istəyib


17:12     22 Aprel 2022 22_04_22_1650631987.jpg

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov beynəlxalq ictimaiyyətə müraciət edib.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, o, dünya ölkələrindən ağır silahlar istəyib.

“Biz ağır silahlarla təmin olunsaq, ərazilərimizi azad edə və rusiyalı hərbçiləri ölkəmizdən çıxara bilərik. Bilirəm ki, bu silahları müxtəlif ölkələrdən ala bilərik. Bunları bizə versələr, şərə müqavimət göstərdiklərini nümayiş etdirəcəklər”, - o bildirib.

Nazir deyib ki, eyni zamanda Rusiyanın neft və qazına, həmçinin bank sisteminə sanksiyalar tətbiq olunnmalıdır: “Əks halda müharibə uzanacaq. Savaş hər an digər ölkələrə də keçə bilər. Çünki Vladimir Putin Ukraynada dayanmayacaq”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi dəstək paketini təsdiqləyib.

Açar sözlər:

Oxunub: 434