Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb


10:11     23 Aprel 2022 22_04_23_1650690684.jpg

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda 5% azalaraq 1 000 kubmetr üçün 1 050 ABŞ dollarından yuxarı qalxıb.

Femida.az xəbər verir ki, bunu ICE Futures məlumatları təsdiq edir.

Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may fyuçersləri ticarətin başlanğıcında min kubmetr üçün 1 151 ABŞ dolları olub. Sessiyanın ortasında qiymət 1 173-ə yüksəlib.

Bağlanış qiyməti isə 1 063,1 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki hesablaşma qiymətindən 4,9% azdır.

Açar sözlər:

Oxunub: 618