Göygöldə xəstəlikdən əziyyət çəkən kişi intihar edib


09:32     24 Aprel 2022 22_04_24_1650778364.jpg

Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, mərhumun 2 övladı var.

Açar sözlər:

Oxunub: 436