Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib


14:53     25 Aprel 2022 22_04_25_1650869626.jpg

Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 24-də saat 17 radələrində rayonun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparan Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 432