Şəmkirdə 58 yaşlı piyadanı avtomobil vuraraq öldürüb


18:09     25 Aprel 2022 22_04_25_1650899385.jpg

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyada, 58 yaşlı Ə.Əliyevi "VAZ" markalı avtomobil vurub. Piyada ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 337