Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub


09:12     26 Aprel 2022 22_04_26_1650949001.jpg

Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Hadisə ötən gün gecə saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, 70 yaşlı Məlikağa Əliyevin qızı Rəvanə Əliyeva bir neçə il əvvəl qonşu Gomuşçu kəndinin sakini, 1985-ci il təvvəllüdlü Məlikov Faiq Mətləb oğlu ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. Amma son vaxtlar cütlük arasında mübahisələr baş verdiyindən onlar 6 ay əvvəl onlar məhkəmə qaydasında boşanıblar. Kənddəki şadlıq evlərindən birində aşpaz işləyən Faiq Məlikov ötən axşam saat 23:30 radələrində iri mətbəx bıçağı götürərək uşaqlarını görmək bəhanəsi ilə keçmiş qaynatasının evinə gəlib. Bu zaman M.Əliyev evdə tək olub.

M.Əliyevlə keçmiş kürəkəni arasında mübahisə yaranıb. M.Əliyev F.Məlikovun əlindəki bıçağı alaraq ona 4 xəsarət yetirib. F.Məlikov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. M.Əliyev hüquq-mühafizə orqanlarına zəng edərək hadisə barədə məlumat verib. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinyət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 491