Şəmkirdə və Qubada avtomobillər yolu keçən piyadanı vuraraq öldürüb


13:43     26 Aprel 2022 22_04_26_1650955413.jpg

Şəmkirdə və Qubada avtomobil ilə yolu keçən piyada vurulub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 25-də saat 15 radələrində Şəmkir şəhəri ərazisində Gədəbəy rayon sakini A.Həsənov idarə etdiyi “VAZ-20174” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Əmiraslan Əliyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 17 radələrində Quba şəhəri ərazisində şəhər sakini O.Zeynalov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Nəsrulla Abdullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Faktla bağlı Şəmkir və Quba Rayon Polis Şöbələrində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 390