Putin BMT baş katibi ilə görüşüb


20:17     26 Aprel 2022 22_04_26_1650990164.jpg

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antonio Quterreşi qəbul edib.

Femida.az xəbər verir ki, TASS Kremldə oval masa arxasında keçirilən görüşün görüntülərini yayıb.

Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.

Quterreş bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.

Açar sözlər:

Oxunub: 427