DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb


21:57     26 Aprel 2022 22_04_26_1650995899.jpg

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:

"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".

Açar sözlər:

Oxunub: 448