Ukraynanın Baş Qərargahı: "Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”
11:10 27 Aprel 2022

Rusiya Belqorod vilayətinin yaşayış məntəqələrindən Ukraynanın İzyum şəhəri ərazisinə 76-cı desant-hücum diviziyasının tərkibindən iki tabor köçürüb.
Femida.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində qüvvələrini artırır. Bundan başqa, Rusiya Belqorod vilayətində iki diviziya “İsgəndər-M” raketi yerləşdirib.
Məlumata görə, təxliyə kavrvanları Rusiya hərbçiləri tərəfindən atəşə tutulur. Bir neçə yaşayış məntəqəsində humanitar fəlakət yaşanır. Bildirilib ki, qarşı tərəf Xarkov şəhərinin infrastrukturlarına aviasiya zərbələri endirməkdə davam edir.
“Mariupol istiqamətində düşmən fasiləsiz atəş açır və Ukraynanın “Azovstal” zavodu ərazisindəki müdafiə qüvvələrini mühasirədə saxlayır. İşğalçılar dinc sakinlər arasında “filtirasiya” üzrə tədbirləri davam etdirir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 7 hava hədəfi - “Su-25” təyyarəsi, “Ka-52” helikopteri, 3 operativ-taktiki PUA-sı, 2 qanadlı raketi məhv edilib:
“Donetsk və Luqansk vilayətlərində düşmənin 9 hücumunun qarşısı alınıb, 9 tankı, 11 artilleriya sistemi, 4 xüsusi və 17 ədəd zirehli texnikası, 3 xüsusi və mühəndis, 16 avtomobil texnikası, 4 yanacaqdoldurma stansiyası və bir zenit qurğusu sıradan çıxarılıb. Mövqelərinə endirilən gözlənilməz aviasiya zərbələri nəticəsində rəqib çoxlu sayda canlı qüvvə, texnika itirib”.
Oxunub: 350
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 3 000-dən çox zirehli döyüş maşını məhv edilib"
- SON DƏQİQƏ! Benzinin qiyməti ilə bağlı "SOCAR PETROLEUM" açıqlama yaydı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Prezident: "Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır"
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 26 minə çatıb"
- Ukrayna MN: "Rusiyanın kimya zavodlarında təxribat törədəcəyi istisna deyil"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib"
- Britaniya MN: "Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib"