ABŞ rusiyalı hakerlər haqqında məlumat qarşılığında 10 milyon dollar təklif edir


14:12     27 Aprel 2022 22_04_27_1651049433.jpg

ABŞ Dövlət Departamenti 2017-ci ildə “NotPetya” virusundan istifadə etməklə kiberhücum həyata keçirməkdə ittiham edilən Rusiya kəşfiyyatının 6 əməkdaşı haqqında məlumat təqdim edilməsi qarşılığında 10 milyon dollarınadək mükafat elan edib.

Bu barədə Femida.az Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

Mükafat “Sandworm Team”, “Telebots”, “Voodoo Bear” və “Iron Viking” haker qruplaşmalarının üzvü olan 6 rusiyalı hakerin şəxsiyyətini və ya olduğu yeri müəyyənləşdirməyə imkan verən məlumata görə ayrılıb.

Açar sözlər:

Oxunub: 358