Bakı şəhərinə yeni prokuror təyin edilib


19:55     27 Aprel 2022 22_04_27_1651074077.jpg

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.

Kamran Əliyevin digər əmri ilə Baş prokurorun böyük köməkçisi Tural Aslanov Təşkilat və icraya nəzarət idarəsi təyin olunub.

Açar sözlər:

Oxunub: 378