Bərdədə 24 yaşlı oğlan kanalda batıb


21:12     27 Aprel 2022 2022/04/meyit-kanal_1651078528.jpeg

Bərdədə 24 yaşlı oğlan kanalda batıb.

Femida.az-ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində baş verib. 24 yaşlı Orucov Elməddin Yusif oğlu həmin kanalda batıb.

Onun xilas edilməsi üçün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə, Elməddin Orucov Bərdə şəhər sakinidir. Alpout kəndində yem mağazasında fəhlə işləyirmiş. İddialara görə, o, kanala əl-üzünü yumağa gəlib. Ancaq qəflətən sürüşərək kanala düşüb.

Hazırda onun meyitinin axtarışları davam etdirilir.




Açar sözlər:

Oxunub: 620