Baş Qərargah: "Rusiyanın 8 hava hədəfi məhv edilib"
11:47 28 Aprel 2022

Son sutkada Ukraynanın Hərbi Hava Qüvvələri və Quru qoşunları Rusiyanın 8 hava hədəfini – bir təyyarəsini, bir qanadlı raketini və 6 əməliyyat-taktiki PUA-sını məhv edib.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutkada Ukrayna hərbçiləri Donetsk və Luqansk vilaylətlərində Rusiyanın 6 hücumunun qarşısını alıb, 5 tankını, bir artilleriya sistemini, 22 zirehli texnikasını, bir avtomobilini və bir zenit qurğusunu zərərsizləşdirib:
“Rəqib müvəqqəti işğal etdiyi Krımla quru dəhlizinə, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək məqsədilə Şərq əməliyyat zonasından hücumu davam etdirir. Rusiya qoşunları praktiki olaraq bütün istiqamətlərdə intensiv atəşə açır”.
Məlumata görə, Rusiya Melitopol aerdromundan “Su-25” hücum təyyarələrinə, “Ka-52” zərbə və “Mi-8” nəqliyyat-döyüş helikopterlərinə baza kimi istifadə edir.
Oxunub: 328
Oxşar xəbərlər
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib
- Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
- Baş prokuror Ağstafada vətəndaş qəbulu keçirib
- Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub
- Baş prokurorun Ağstafada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı: Həbs edilənlər var - ADLAR
- Baş prokuror Füzulidə vətəndaşlarla görüşəcək
- Baş Prokurorluq iki xəbər saytına xəbərdarlıq edib
- Baş Qərargah rəisi rusiyalı generalla erməni silahlılarının Qarabağdan çıxarılmasını müzakirə edib