Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib


12:14     29 Aprel 2022 22_04_29_1651217616.jpg

"Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur, şəxsi işimdir".

Bunu "Report"a müsahibəsində Azərbaycan qadın güləşçisi Mariya Stadnik instaqram hesabından Azərbaycan bayrağını silməsi ilə bağlı danışarkən deyib.

50 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı vaxt özü haqqında bütün məlumatları sildiyini bildirib: "Azərbaycan bayrağının buna nə aidiyyatı var? Ümumiyyətlə, öz hesabımı bağlamışdım ki, mənə artıq adamlar yazmasınlar".

Açar sözlər:

Oxunub: 433