Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var


16:47     29 Aprel 2022 22_04_29_1651234692.jpg

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya və lak istehsalı fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Femida.az “TRT HAber”ə istinadən xəbər verir ki, bu barədə Tuzla rayon bələdiyysinin sədri Şadi Yazıçı bildirib.

Qeyd olunub ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.

Yanğının səbəbləri araşdırılır.


Açar sözlər:

Oxunub: 596