Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak olub


17:58     29 Aprel 2022 22_04_29_1651237505.jpg

Ukraynanın 14 yaşlı ağırlıqqaldıranı Alina Perequdova vəfat edib.

Femida.az xəbər verir ki, idmançı Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Mariupolda həlak olub.

Onunla birlikdə anası da dünyasını dəyişib.

Qeyd edək ki, Alina Perequdova Ukrayna millisinə namizəd idi. O, ötən il 17 yaşadək ağırlıqqaldıranlar arasında ölkə çempionatında qızıl medal qazanıb.

Açar sözlər:

Oxunub: 614