Şirvanda mağazada fəhlə xəsarət alıb


18:59     29 Aprel 2022 22_04_29_1651238411.jpg

Şirvanda mağazada fəhlə xəsarət alıb.

Bu barədə Femida.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, arelin 26-sı saat 22 radələrində şəhər ərazisində yerləşən tikinti materiallarının satışı mağazasında fəhlə işləyən 1984-cü il təvəllüdlü Vüqar Nurəhmədovun xəsarət alması barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat təxminən 17 radələrində Vüqar Nurəhmədov yük avtomobilindən taxta materiallarının boşaldılmasına köməklik edərkən boyun nahiyəsinin yükləyicinin tiyəsi ilə taxta arasında qalması nəticəsində baş-beyinin kəskin qan dövranı pozğunluğu xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq davam edir.

Açar sözlər:

Oxunub: 432