Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq
19:47 29 Aprel 2022

30 aprel və 1 may tarixlərində bir sıra prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq.
Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, 30 aprel saat 08:00-dan 1 may saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Aprelin 30-da saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Mayın 1-də saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Oxunub: 378
Oxşar xəbərlər
- Bakıda meyiti tapılan şəxsin 24 gün əvvəl öldürüldüyü məlum olub
- Bakıda 45 yaşlı kişi bıçaqlanıb
- Bakıda həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik aşkarlanıb
- Bakıda İran vətəndaşını avtomobil vurub
- Bakıda kişini bel ilə döyərək öldürən şəxsin məhkəməsi başlayır
- Bakıda intihara cəhd olub
- Bakıda gənc bir neçə nəfər tərəfindən döyülüb
- Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Bakıda qəza körpüdə tıxaca səbəb olub
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub