"Azərkosmos" ötən il 15 milyon manat mənfəət əldə edib


20:12     29 Aprel 2022 22_04_29_1651247235.jpg

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 2021-ci ili 14,528 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 5,005 milyon manat zərərlə çıxmışdı.

Femida.az xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərdən gəlirləri 57,804 milyon manat (əvvəlki ilə nisbətən 6,4% çox), xidmətlərinin maya dəyəri 50,484 milyon manat (11,5% çox), ümumi və inzibati xərcləri 10,206 milyon manat (4,7% çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə zərəri 1,287 milyon manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 7,839 milyon manat (23,7% az), maliyyə xərcləri 16,428 milyon manat (20,2% az), xarici valyuta gəlirləri 12,326 milyon manat 12,326 milyon manat (19,5% az), digər gəlirləri isə 14,965 milyon manat (29,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 554,457 milyon manat olub ki, bu da illik müqayisədə 6,4% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 13,7% azalaraq 521,735 milyon manata, balans kapitalındakı 12,198 milyon manatlıq çatışmazlıq hissə 32,722 milyon manat kapitalla əvəz olunub.

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 169,306 milyon manatdır. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin 2021-ci il aprelin 27-də imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.

Açar sözlər:

Oxunub: 337