FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır


11:58     30 Aprel 2022 22_04_30_1651303421.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda dəyişikliklər edilir.

"Report"un əldə etdiyi məlumata görə, artıq bununla bağlı layihələr hazırlanıb.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərlə maraqlanıb və tapşırıqlar verib.

Açar sözlər:

Oxunub: 492