Ərdoğanla Quterreş arasında telefon danışığı olub


19:04     30 Aprel 2022 22_04_30_1651331113.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

Femida.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Quterreş Rusiya və Ukrayna səfərləri barədə Türkiyə liderini məlumatlandırıb.

Bununla yanaşı, Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.

Türkiyə Prezidenti, həmçinin BMT baş katibini doğum günü münasibətilə təbrik edib.

Açar sözlər:

Oxunub: 2901