Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var


18:05     30 Aprel 2022 22_04_30_1651331172.jpg

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun “PMK-19” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 474