Rusiya Odessa hava limanına raket zərbələri endirib, dağıntılar var


21:05     30 Aprel 2022 22_04_30_1651334738.jpg

Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub

Açar sözlər:

Oxunub: 314