Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib


12:44     01 May 2022 22_05_01_1651392485.jpg

Türk Hava Yollarının Qaziantep-İstanbul reysini həyata keçirən təyyarə təcili eniş edib.

Femida.az "Haber Global"a istinadən xəbər verir ki, layner havaya qalxdıqdan qısa müddət sonra ildırım düşüb.

Bu səbəbdən təyyarə Adanada eniş etməyə məcbur olub.

Təhlükəsiz yerə enən təyyarədəki sərnişinlərin böyük təşviş içərisində olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 2873