Bu gündən qüvvəyə minən qadağa kimlərə şamil olunur?


13:34     01 May 2022 2020/04/karantin_1587410397.jpg

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci ildən balıq ovuna moratorium qüvvəyə minir.
Femida.az xəbər verir ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan qadağa sentyabrın 1-dək davam edəcək.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirəcək. Aidiyyəti qurumlar balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərə qaydalara əməl etməyi tövsiyə edir.




Açar sözlər:

Oxunub: 372