Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
14:58 01 May 2022
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakinləri Süleyman Nağıyev və qardaşı Əli saxlanılıblar. Onların idarəsində olan avtomobilə baxış keçirilən zaman 173 ədəd çətənə ştili aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxslərin Beyləqan rayonunun ərazisinə gələrək meşə zolağında çətənə ştillərini əkib-becərməyə çalışdıqları müəyyən edilib.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 370
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb
- Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib
- Beyləqanda azyaşlı yanaraq ölüb
- Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlanıb
- Beyləqanda koronavirus xəstəsi saxlanılıb