Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
15:23 01 May 2022

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən N.Qurbanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib.
Oxunub: 310
Oxşar xəbərlər
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb
- Narkotikə görə saxlanılmış dünya çempionunun barəsində qətimkan tədbiri seçilib
- Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
- Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb
- Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən “QAZ-33”-ün sürücüsü həbs edilib
- Narkotik satan daha 28 nəfər tutuldu - VİDEO
- Narkotikə görə saxlanılan əcnəblərin sayı məlum oldu