Putinə nə olub?


10:44     02 May 2022 putin8.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Qərb mətbuatında dərc edilən xəbərlərə münasibət bildirib.

Bu barədə Femida.az RİA “Novosti”yə istinadən xəbər verir.

İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində rusiyalı nazirə Qərbdə “Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyəti ilə bağlı çoxlu fərziyyələrin” mövcudluğu ilə bağlı sual verilib.

Nazir suala cavabında deyib: “Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, nə barədə danışdığımı başa düşəcəksiniz”.

Açar sözlər:

Oxunub: 499